Erməni polkovnik Şakaryan məhv edildi
02.11.2020 23:25 Sosreaksiya 389
Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisi polkovnik Sergey Şakaryanın məhv edildiyini Ermənistan MN təsdiqləyib.
Reaksiya.az xəbər verir ki, erməni mediası onun adının bu gün yayılan ölülər siyahısında olduğunu bildirib.
Qeyd edilir ki, Sergey Şakaryan Birinci Qarabağ savaşına 17 yaşında ikən qoşulub və silahsız azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib. Onun atası Birinci Qarabağ savaşında ölüb.
S.Şakaryan bu ilin 4 oktyabrında “artsax qəhrəmanı” geydirmə adını da alıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi 27 oktyabrda Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmən hücumunu darmadağın etdiyini, əks-hücumla Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsinin məhv edildiyini açıqlamışdı. Bildirmişdi ki, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Ermənistan MN isə polkovnik Şakaryanın ölümünü yalnız bu gün təsdiqləyib.
Ermənistan MN bu gün cəmi 11 əsgər itirdiyini açıqlayıb. Nədənsə onların əksəriyyəti yüksək rütbəli zabit və ya “vəzifə” sahibidir. Belə ki, bir qədər əvvəl “dqr ordusunun” komandan müavininin də məhv edildiyi təsdiqlənmişdi.
Şərhlər