Daha bir bank ləğv edildi

15.08.2015 12:38     Sosreaksiya     1752

Azərbaycanda lisenziyası iyul ayında ləğv edilmiş “Evrobank” ASC-nin ləğvetmə prosesi başlanıb.

Reaksiya.az xəbər verir ki,lisenziya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə ləğv edilmişdi.

Məhkəmə həmçinin “Evrobank”ı müflis elan edib.

Məhkəmə qərarına əsasən, bankın ləğvedicisi qismində “Azerbaijan International Consulting Company” MMC təyin edilib.

Ləğvetmə prosesi “Evrobank” ASC-nin baş ofisində - Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.

 

Şərhlər

Çox oxunanlar