3 saat içində 19 nəfər vurularaq öldürüldü - VİDEO

15.08.2015 12:47     Sosreaksiya     2175

Braziliyanın Sao Paulo əyalətində üç saat ərzində 19 nəfər vurularaq öldürülüb.

Reaksiya.az xəbər verir ki, polis qətllər arasında əlaqənin olub olmadığını araşdırır.

Sao Paulo Dövlət Təhlükəsizliyi Mərkəzinin sədri Aleksandr de Moraes mətbuata verdiyi açıqlamada əyalətin Osasco, Barueri və Itapevi şəhərətrafı qəsəbələrində cümə gecəsi baş verən cinayətlərin bir-biri ilə bağlı olub olmadığının araşdırıldığını bildirib.

Moraes 15 nəfərin Osascoda, 3 nəfərin Barueridə, 1 nəfərin də Itapevidə vurularaq öldürüldüyünü, ayrıca yaralanan 7 nəfərin də müalicə altına alındığını söyləyib.
O, dünən gecəki cinayətlərin, keçən həftə öldürülən 2 polis məmurunun intiqamını almaq üçün işlənmiş olduğunu deyib.

Braziliya hökuməti YUNESKO və Latın Amerika Sosial Elmlər İnstitutu ilə birgə hazırladıqları hesabatda 2012-ci ildə ölkədə 42 min 416 nəfərin odlu silahlarla öldürüldüyünü açıqlamışdı.

 

Şərhlər