Ermənistanın təxribatı nəticəsində 500 mülki obyekt və 2734 yaşayış evi yararsız vəziyyətə düşüb

04.11.2020 13:14     Sosreaksiya     472

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2 734 yaşayış evi yararsız vəziyyətə düşüb.

Reaksiya.az

Şərhlər