Muzdla işləyənlərin orta aylıq əmək haqqı artdı

15.08.2015 14:15     Sosreaksiya     1853

Azərbaycanda 2015-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,0 % artaraq 457,2 manat təşkil edib.

Reaksiya.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Məlumata əsasən, 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 6,4 % artaraq 23,6 milyard manata çatıb.

Gəlirlərin 74,1 % son istehlaka, 9,3 % vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 % əmanətlərin və kapitalın artırılmasına, 2,6 % isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Şərhlər

Çox oxunanlar