Səhiyyə Nazirliyi vədinə əməl etdi - Yazıçı xəstəxanaya yerləşdiriləcək

15.08.2015 14:22     Sosreaksiya     2071

“Birinci gün xəstəxanaya yerləşdiriləcəyəm”.

Bu sözləri Reaksiya.az-a  açıqlamasında uzun müddətdir hepatit C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı deyib.

Yazıçı durumunun əvvəlki kimi olduğunu və ağrılardan əziyyət çəkdiyini söyləyib: “Vəziyyətim əvvəlki kimidir, yuxusuzluq, halsızlıq, ayaq ağrıları. İki gün ərzində 1 saylı Şəhər Klinik Xəstəxanasında müayinələrdən keçdim. Qaraciyərdə böyümə, öd kisəsində çöküntü var. Ürəyimdə ciddi problem, stenokardiya çıxdı, ürək damarında sərtləşmə olduğu aşkar edildi. Bu gün də yenidən müayinəyə apardılar. Səhiyyə Nazirliyi prosesi tam nəzarətə götürdü və göstərişlər də verildi. Birinci gün xəstəxanaya yerləşdiriləcəyəm”.

Kənan Hacı Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya və millət vəkili Qənirə Paşayevaya da minnətdarlığını bildirib:  “Onlar mənim xəstəxanaya yerləşdirilməyim üçün çox çalışdılar”.

Şərhlər

Çox oxunanlar