Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atdı

06.11.2020 10:31     Sosreaksiya     417

Cəbhədə gərgin döyüşlər davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Düşmən rayon rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Reaksiya.az

Şərhlər