Ermənistanda kütləvi zəhərlənmə - 25 nəfərdən 7-si uşaqdır
06.06.2015 14:25 Sosreaksiya 1136

Ermənistanda tutdan kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Reaksiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyunun 5-ci gecə saatlarında baş verən fakt Vaan kəndində qeydə alınıb. Zəhərlənən 25 nəfərdən 7-si 7-14 yaş arasında uşaqlardı. Xəstələrdə diareya, halsızlıq və yüksək hərarət müşahidə olunur.
Faktla bağlı Vaan sakinlərinə tut satmış şəxs saxlanılıb.
Şərhlər