Bu kəndə su çəkilir
15.08.2015 15:23 Sosreaksiya 2675

Göygöl rayonunun Toğanalı kəndinə su təchizatı sistemi yenidən inşa ediləcək. Artıq bununla bağlı Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində qrant müqaviləsi imzalanıb.
Reaksiya.az xəbər verir ki, sənədi Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və "Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafı Fondu" təşkilatının icraçı direktoru Sabit Bağırov imzalayıblar.
Dəyəri 90 min 837 ABŞ dolları olan layihənin icrası 6 aya nəzərdə tutulsa da mövsümlə əlaqədar işlərin 3 aya yekunlaşdırılması planlaşdırılır. Bununla da Toğanalı kəndinin içməli suya olan ehtiyacı təmin ediləcək. İndiyə qədər Göygöldə ümumi dəyəri 361 min 623 ABŞ dolları olan 4 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiyanın Azərbaycanda infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial, mədəniyyət və insan resurslarının inkişafı kimi sahələrə ayırdığı vəsitin həcmi isə 1 milyard dolları keçib.
Şərhlər