Tərtər Ermənistanın artilleriya hücumuna məruz qalır, xəsarət alan var - Hacıyev

10.11.2020 00:58     Sosreaksiya     442

"Hazırda Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir".

Reaksiya.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

Reaksiya.az

Şərhlər