Şabrandaki qəzada ölənlər var

15.08.2015 15:25     Sosreaksiya     2256

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. Reaksiya.az xəbər verir ki, “VAZ 21015” markalı nəqliyyat vasitəsilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şabran rayon sakini, 37 yaşlı Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsininin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar