Azərbaycan Ordusu Xankəndiyə dirənmişdi: Nə edəydik?

10.11.2020 11:52     Sosreaksiya     462

8 noyabr mənim həyatımın ən ağır gecəsi idi.

Reaksiya.az xəbər verir ki, bu sözləri artıq dırnaq arasında da mövcud olmayan “dqr” separatçı-əldəqayırma rəhbəri Araik Arutyunyan Feysbukdakı canlı yayımı zamanı deyib.

“Tarix dünən qəbul edilən qərara hansı qiyməti verəcək, bilmirəm, amma biz buna məcburduq. Niyə? İlk növbədə hərbi situasiya planında biz 43 günlük müharibə nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrutun böyük hissəsi, Xocavənd, Xocalının bir hissəsi və ən əsası Şuşanı itirmişdik. Döyüşlər Xankəndinin 2-3 kilometrində gedirdi”, - deyə o bildirib.

O, Azərbaycan Ordusunun PUA-larından bir neçə gün qorunmağı bacardıqlarını, amma son iki gündə PUA-lar sayəsində daha böyük itkilərə məruz qoyulduqlarını söyləyib.

Arutyunyan, həmçinin son bir neçə saat ərzində Xocavənddə çox böyük insan itkilərinə yol verdiklərini deyib.

Reaksiya.az

Şərhlər