Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək - AÇIQLAMA

10.11.2020 12:37     Sosreaksiya     491

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatının tam mətni açıqlanıb.

Reaksiya.az xəbər verir ki, bəyanatda qeyd edildiyi kimi, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək.

Məsələ ilə bağlı bağlı Unikal.org-a açıqlama verən  “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu bəndə əsasən erməni girovluğunda olan  Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək. Hüquq müdafiəçi bildirib ki, bu anlaşma prosesi sürətləndirəcək.

Reaksiya.az

Şərhlər