Türk şəhidinin əmisioğlu Demirtaşa səsləndi - Şəhidin qızı səndən hesab soracaq - VİDEO - FOTOLAR

15.08.2015 15:53     Sosreaksiya     2670

Hakkaridə şəhid olan çavuş İbrahim Taşın özü kimi hərbçi olan əmisi oğlu Demirtaş və Baydemirə səslənib.

Reaksiya.az xəbər verir ki, Hakkarinin Yüksekova rayonunun Dağlıca bölgəsində PKK-lı bir qrup terrorçu tərəfindən minaatan və avtomat silahlarla hücum zamanı 2 silahdaşı ilə birlikdə şəhid olan 2 uşaq atası, 25 yaşlı çavuş İbrahim Taşın ölüm xəbəri məmləkəti Şanlıurfa ailəsini kədərə boğub.

Ərəbcə mərsiyələrin söyləndiyi hüzr evində şəhidin əmisi oğlu HDP-nin sədri Selahattin Demirtaşa səslənib: “Mən buradan Demirtaşa, Baydemirə müraciət edirəm. Onlar özləri övlad acısını bilirmi? Bir övlad acısını çəksinlər gərək. Amma biz sülh tərəfdarıyıq. Artıq bundan sonra belə zülm olmaz. Bu vətən üçün hər kəs ölməyə hazırdır. Şəhidimizin qızı bir gün atasının hesabını soruşacaq".

Ankaradan Harrana gələn şəhidin əmisi oğlu İbrahim Taş göz yaşları içərisində yaxınlarına sarılıb, ailəsinə təsəlli verməyə çalışıb.

Şəhidin Qarsda 5 aylıq əsgər olan qardaşı Xəlil Taşın da bu gün keçiriləcək dəfn mərasiminə qatılacağı bildirilib.

Şəhidin 7 aylıq qızı Kövsər isə Türk bayrağına sarınıb.

 

Şərhlər

Çox oxunanlar