İntiharın səbəbi məlum oldu

15.08.2015 15:56     Sosreaksiya     2221

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında təxminən 07:15 radələrində Lerik rayonunun Perzəküçə kəndində yaşayan kənd sakini 22 yaşlı Azər Babulla oğlu Nuriyev özünü yaşadığı evində asaraq intihar etmişdir. İlkin məlumatlara görə intiharın səbəbi 22 yaşlı gəncin sevdiyi qızın başqa oğlana verilməsi göstərilirdi. Reaksiya.az xəbər verir ki, artıq intiharın dəqiq səbəbi bəlli olub. Mərhumun ailə üzvlərinin bildirdiyinə görə intihar edən Azər Nuriyevin cibindən məktub aşkarlayıblar.Həmin məktubda Azər Nuriyev sevdiyi qızın 3 gün əvvəl başqa kənddə yaşayan oğlana nişanlandığını, bu səbəbdən də intihar etdiyini qeyd edib. Xatırladaq ki, Azər Nuriyev ailənin 6 övladından biridir. Onun iki qardaşı, 3 bacısı var.

 

Şərhlər

Çox oxunanlar