"Apple" geridə qaldı
15.08.2015 16:14 Sosreaksiya 2533

“Apple” şirkəti Rusiyanın mobil telefon bazarındakı lider mövqeyini itirib.
Reaksiya.az xəbər verir ki, cari ilin ilk yarısında 25 min rubldan bahalı telefonların satışında 35%-lik hissəni “Samsung” və “Sony” markaları əlində cəmləşdirib.
“Apple” eyni dövrə aid olan satış payında 21,3% geriləyərək 20,7% ilə kifayətlənməli olub.
Samsunq şirkətinin satışları təxminən 2 dəfə artaraq bazarın 23%-ni, Sony şirkətinin satışı isə 3 dəfə artaraq 11,5% -ni əhatə edib.
Ümumilikdə Rusiyanın mobil telefon bazarının 96% kimi böyük hissəsi bu üç firmanın əlində cəmləşib.
Şərhlər