Milli Məclis Azərbaycan xalqına və Prezidentə müraciət qəbul edəcək - Parlament toplanıb
13.11.2020 11:17 Sosreaksiya 740
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, bugünki iclasımızın gündəliyində bir məsələ var; Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciəti.
Reaksiya.az xəbər verir ki, gündəlik yekdilliklə qəbul olunduqdan sonra spiker Sahibə Qafarova dedi ki, bu günlərdə Azərbaycan xalqı 30 ildən sonra həsrətlə gözlədiyi qələbənin sevincini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan təslim olmuşdur. “Təəssüf ki, müharibə itkisiz olmur. Bİz də bu müharibədə itkilər verdik”, deyə, Sədr bildirdi. Bundan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
S.Qafarova “mən əminəm ki, Şuşanı və digər şəhər və kəndlərimizi işğaldan azad edən igidlərimizin qəhrəmanlığı dillərdə dastan olacaq”-söylədi.
Sədr dedi ki, Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq. Naxçıvan MR-lə Azərbaycanın əsas hissəsi arasında yolun açılması da tarixi hadisədir.
Spiker dedi ki, bu müharibədə Ermənistan elə zərbə aldı ki, onun özünə gəlməsi üçün bir neçə il lazım gələcək.
Şərhlər