Azyaşlı uşağın üzərində bomba var - TELEFON ZƏNGİ

15.08.2015 16:33     Sosreaksiya     2707

FHN-in 112 "qaynar xətt"inə açıq mobil nömrəsindən gələn zəng həyəcana səbəb olub.

Zəng edən şəxs azyaşlı uşağın üzərinə bomba bağladığını deyib.

Reaksiya.az FHN-in rəsmi internet səhifəsinə əsasən xəbər verir ki, hadisə yerinə dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gediblər. Mirəli Qaşqay küçəsində yerləşən ünvana gələn polis əməkdaşları burada nə uşaq, nə də bomba aşkarlayıblar. Amma zəng edən şəxsi tapmaq mümkün olub. Onun Binəqədi rayon sakini Mahmud İslam oğlu Məmmədov olduğu müəyyən edilib.

O, törətdiyi əmələ görə saxlanılıb. Araşdırma zamanı Mahmud Məmmədovun sərxoş olduğu məlum olub.

Şərhlər

Çox oxunanlar