Bakı sakinlərindən küçəyə çıxmamaq xahiş olunur

13.11.2020 13:29     Sosreaksiya     461

Son günlərdə koronavirusa yoluxanların sayında artımin olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Reajksiya.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Reaksiya.az

Şərhlər