Qərbi Azərbaycan əyalətində silahlı insident - ölənlər var

13.11.2020 22:52     Sosreaksiya     1940

İranın şimal-qərb sərhədində silahlı insident baş verib.

Reaksiya.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə cümə günü yerli vaxtla 13.50-də Qərbi Azərbaycan əyalətində baş verib.

Naməlum silahlı şəxslərin İran ərazisinə girməyə cəhdinin qarşısı alınan zaman üç İran sərhədçisi ölüb.

Polisin "İnqilab əleyhinə silahlı şəxsləri" kimi təqdim etdiyi naməlum şəxslərlə atışma zamanı, həmçinin, 2 təhlükəsizlik əməkdaşı yaralanıb.

Reaksiya.az

Şərhlər