Ermənistan: Laçın yolu bağlıdır, yeganə yol...

16.11.2020 11:37     Sosreaksiya     520

Ermənistanla Xankəndi arasında yeganə əlaqə yolu Vardenis-Kəlbəcər yoludur.

Reaksiya.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

Bu yolun Qarabağ bəyanatına əsasən Azərbaycanın nəzarətində olduğu, amma rəsmi Bakının bu yolun müvəqqəti olaraq erməni qüvvələrinin nəzarətində qalmasına izn verdiyi bildirilib.

Məlumata görə, Gorus-Laçın-Xankəndi yolu hələlik qapalıdır. Buna səbəb isə yolun Laçın-Xankəndi hissəsinin bəzi nöqtələrinin Azərbaycan Ordusunun nəzarətində olması və onun Rusiya sülhməramlılarının nəzarətinə keçməməsidir.

Qeyd edək ki, Azərbaycan ermənilərə Kəlbəcəri təhvil verməsi üçün müddəti 15 noyabrdan 25 noyabra qədər uzadıb.

Reaksiya.az

Şərhlər