Ənənəvi tədrisə keçidlə bağlı - VACİB AÇIQLAMA

18.11.2020 12:00     Sosreaksiya     477

“Biz hazırda koronavirusla bağlı böhranlı vəziyyətdəyik və bu vəziyyətdə idarəetmənin özünəməxsus çətinliyi var”.

Reaksiya.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.

Onun sözlərinə görə, hazırkı situasiya elə də asan deyil:

“İnanıram ki, müəyyən vaxt ərzində biz birlikdə bu vəziyyətdən çıxa bilərik. Hazırda bir milyon 200-dən artıq şagird, 120 mindən artıq müəllim virtual məktəbə qoşulub. Say artır. İnternetdə də çətinliklər mövcuddur. Bakı şəhərində 75-80 faiz şagird elektron təhsildən yararlanır.

Digər şagirdlərin isə teledərslərdən yararlandığına inanırıq. Hələlik situasiyanı izləyirik. Proses bitdikdən sonra monitorinq aparıb, müəyyən müdaxilələr hazırlaya bilərik”.

“Hazırda əyani məktəbə qayıtmaq risklidir. İnsanların həyatı ən vacib məsələdir.

İndi valideynlərdən bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla, ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır.

Bəzi təhsil müəssisələri ənənəvi tədrisə keçmək üçün cəhd edirlər. Nazirlik monitorinq aparır və qarşısı alınır”, - deyə nazir qeyd edib.

Reaksiya.az

Şərhlər