Xaçmazda 2 nəfər yol-nəqliyyat hadisəsində xəsarət aldı
15.08.2015 17:29 Sosreaksiya 2141

Gəndob-Yalama yolunun 16-cı kilometrliyində, Xaçmaz rayonunun Çarxı kəndi ərazisində 2 nəfərin yol-nəqliyyat hadisəsi nətiçəsində xəsarət alması ilə qeydə alınıb. Reaksiya.az xəbər verir ki, bu gün təxminən saat 13:30 radələrində Xaçmaz rayonunun Çarxı kənd sakini, 1966-cı il təvəllüdlü Mirzə Rza oğlu Yarışov idarə etdiyi "VAZ 21723" markalı 27 BK 263 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan, Şabran rayonunun Mollakamallı kənd sakini, 1960-cı il təvəllüdlü Mehman Məcdun oğlu Həmidovun idarə etdiyi "Ford Deal" markalı, 85 CB 041 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Hadisə nəticəsində "VAZ 21723" markalı avtomaşında olan sərnişinlər, 1993-cü il təvəllüdlü, Xaçmaz rayonu Çarxı kənd sakini Nurlan Fuad oğlu Məmmədov və Xaçmaz rayonu Çarxı kənd sakini, 1995-ci il təvəllüdlü Qəribşah Mirzə oğlu Yarışov xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Rayon xəstəxanasından verilən məlumata görə hər iki yaralıya ilkin tibbi yardım göstərilib və onların həyatı təhlükəsi üçün heç bir hal yoxdur. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər