Laçın dəhlizindəki sülhməramlıların yeni videosu yayıldı

19.11.2020 11:56     Sosreaksiya     743

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edirlər.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlı kontingentin hərbi personalı müşahidə məntəqələrindən keçən bütün avtomobilləri yoxlayır, hərbi polis bölmələri isə Laçın dəhlizindən Xankəndiyə gedən yola marşrut boyu nəzarət edirlər.

 

Sülhməramlı missiyanın həyata keçirildiyi ərazilərdə vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Cənub zonasında 12, şimal zonasında 11 müşahidə postu qurulub.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

 

 

 

Şərhlər