Tibbi maskalardan istifadə qaydalarına nəzarət sərtləşdirilir - RƏSMİ
19.11.2020 14:16 Sosreaksiya 853
2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.
Reaksiya.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Şərhlər