Azərbaycan Ordusu-AĞDAMA DAXİL OLDU - RƏSMİ
20.11.2020 08:28 Sosreaksiya 920
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.
Reaksiya.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
Qeyd edək ki, Ağdam rayonu 1993-cü ilin iyul ayının 23-də işğal olunmuşdu.
Şərhlər