Teleaparıcı barəsində olan hökmdə dəyişiklik edilib

15.08.2015 18:34     Sosreaksiya     2528

Teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdə dəyişiklik edilib. Belə ki, Ali Məhkəmədə teleaparıcı İlham Mirzəyevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.Reaksiya.az xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kassasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarına əsasən, İlham Mirzəyevin cəzası 3 il 6 aya endirilib.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə teleaparıcıya  4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)  maddəsi ilə ittiham olunub.

 

 

Şərhlər