DTX rəisi Əli Nağıyev Şuşaya gedib

22.11.2020 16:44     Sosreaksiya     599

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Musavat.com-un DTX-nin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirmiş, qarşıda duran birgə vəzifələr müzakirə olunub.

Reaksiya.az

Şərhlər