Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

07.12.2020 16:22     Sosreaksiya     480

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.

Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.

Reaksiya.az

Şərhlər