"Apple"dan sürücüsüz avtomobil

16.08.2015 03:27     Sosreaksiya     2626

Uzun müdətdir ki, dünyanın gündəmində "Apple" şirkətinin sürücüsüz avtomobil layihəsi haqda məlumatlar gəzir. İngiltərənin məşhur Qardian qəzeti bu layihə haqda gizli məlumatların bir qismini üzə çıxarıb. Qəzetin verdiyi məlumata görə avtomobil artıq test üçün hazırdır. Avtomobil təxmin edildiyindən də uzun bir məsafəni qət edə bilir. Yoxlanış testləri Amerikanın San-Fransisko şəhərindəki Qomentum stansiyasında həyata keçiriləcək. Qəzet yazır ki, bu barədə artıq stansiya rəhbərliyi ilə müqavilə imzalanıb. Şirkət bu layihəni reallaşdırmaq üçün Mersedes firmasından da mühəndis cəlb edib. Layihəyə "Titan project" adı verilib.

Qeyd edək ki, sürücüsüz avtomobil hazırlayan yeganə şirkət "Apple" deyil. Honda və Mersedes firmaları da bu layihə üzərində çalışır.

Şərhlər