"Vəziyyət o həddə çata bilər ki... - Hikmət Hacıyev
08.12.2020 15:11 Sosreaksiya 388
“Azərbaycanda da koronavirusun yayılmasını müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”.
Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, artıq koronavirusla bağlı qayadaların sərtləşdirilməsi istiqamətində təkliflər vardır:
“Hətta vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər. Bu gün ölkə üzrə xəstələrin sayı 56 mindən çox göstərilir. Evdə müaliucə alanların sayı isə 48 min nəfər göstərilir”
Şərhlər