Polis rəisinin müavinini güllələdilər
16.08.2015 06:05 Sosreaksiya 1829

Türkiyə Mersin vilayətinin Tarsus rayonunda növbəti terror hadisəsi baş verib. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tarsus rayonunun Fahrettin Paşa məhəlləsində PKK terror təşkilatının tərəfdarları iznsiz aksiya keçiriblər. Etirazçılar aksiyaya müdaxilə edən edən polislərə atəş açıblar. Tüfənglə açılan atəş nəticəsində Tarsus rayon polis idarəsinin rəis müavini Barış Altındal ayağından yaralanıb. Yaralı hadisə yerinə çağırılan təcili yardımla Tarsus dövlət xəstəxanasına çatdırılıb. Xəstəxanadan Altındalın yarasının yüngül olduğu bildirilib.
Şərhlər