Bakıda döyüş sursatı aşkarlanıb

16.08.2015 06:34     Sosreaksiya     1629

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.

 

Aşkar edilmiş “BK-125” markalı mərminin  hissəsi  mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

 

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər. 

Şərhlər