Elman Rüstəmov parlamentə gəldi - Vacib müzakirələr başladı
09.12.2020 11:26 Sosreaksiya 1003
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev, Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Melikova, Milli Məclisin deputatları iştirak edir.
İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:
1.”Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
2.”Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
3.“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
4.Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinə dair rəy haqqında.(Report)
Şərhlər