“Bu audio-video materiallarda elə faktlar yer alıb ki...”
09.12.2020 15:00 Sosreaksiya 751
Ermənistanın terrorçu dövlət kimi ifşa edilməsi, onun qlobal terrorizmə qucaq açan bir ölkə kimi cəzalandırılmasına nail olmaq baxımından bu hesabat nə dərəcədə əhəmiyyətlidir?
Reaksiya.az xəbər verir ki, Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli, erməni vəhşiliyini sübut edən çoxsaylı faktların mövcud olduğunu vurğulayıb:
“Bu, olduqca ciddi bir məsələdir. Azərbaycan tərəfi beynəlxalq ekspertlərin iştirakı ilə forum keçirəcək və işğaldan azad edilmiş rayonlarda monitorinqlər aparılaraq Azərbaycana dəyən zərərin təxmini məbləği müəyyənləşəcək. Bu addım beynəlxalq məhkəmə üçün nəzərdə tutulub.
Azərbaycan Ermənisatandan 100 milyard dollara qədər təzminat tələb edə bilər. Doğrudur, Ermənistanın bu qədər vəsaiti yoxdur. Lakin bu da bir faktdır ki, Ermənistan işğal etdiyi rayonlarda daşı daş üstündə qoymayıb və buna görə də etdiyi əmələ görə cavab verməlidir.
BMT-yə göndərilən hesabat, bu hesabatda yer alan faktlar olduqca önəmlidir. Bu materialların içərisində xeyli sayda audio, video materiallar, fotolar yer alıb. Bu faktlar erməni vandalizmini, erməni barbarlığını sübut edir. Bu faktları görməzdən gəlmək, inkar etmək mümkün deyil”.
Şərhlər