Hazırda ordu ilə heç bir əlaqəm yoxdu - Rövşən Əkbərov ordudan kənarlaşdırılıb

10.12.2020 11:02     Sosreaksiya     3924

Azərbaycan Prezidenti İlham Əliyev ikinci Qarabağ müharibəsində xüsusi xidmətləri olan bir qrup hərbçiyə ali hərbi rütbələr, orden və medallar verilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamda ordu korpusu komandiri məşhur general Rövşən Əkbərovun adının olmaması onunla bağlı bir müddət əvvəl yayılan xəbərləri yenidən aktuallaşdırıb.

 Rövşən Əkbərovun adının təltif olunanlar arasında olmamasına səbəb onun müharibənin ilk günlərində ordudan kənarlaşdırılması olub.

 Bu xəbərə aydınlıq gətirməsi üçün generalın özü ilə əlaqə saxlayıb məlumati dəqiqləşdirmək istədik.

Geniş açıqlama vermək niyyətində olmadığını deyən Rövşən Əkbərov “hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam” deyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki, eyni fikirlər Müdafiə nazirinin müavini general-polkovnik Nəciməddin Sadıqovla bağlı da yayılıb. Hətta müharibənin qızğın dövründə onun adı nazirliyin rəsmi səhifəsindəki Baş qərargah rəisi vəzifəsinin qarşısından silinmişdi. Həmin dövr ölkəmiz üçün həssas zaman olduğundan media bu məsələnin üstündən sükutla keçmişdi.

Reaksiya.az

Şərhlər