Koronavirusla mübarizədə tək yol... - Ramin Bayramlı
15.12.2020 15:25 Sosreaksiya 467
Dünyanın bir nömrəli probleminə çevrilən koronavirus pandemiyası davam etməkdədir. İnfeksion xəstəlikləri başqa xəstəliklərdən fərqləndirən mikroorqanizmlərdir. Hər bir mikroorqanizmin yoluxduruculuq qabiliyyəti həssas orqanizmdə baş verir.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Əgər müalicə üçün antimikrob maddə yoxdursa, xəstəliklə mübarizdə tək yol prpfilaktikadır. Profilaktika iki yerə ayrılır: spesifik və qeyri-spesifik. Qeyri-spesifik profilaktika maska və gigiyena qaydalarına riayət, spesifik profilaktika isə vaksinasiyadır. İmmunitet sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaranmır. Yaxud da hüceyrə immuniteti, yəni T limositləri vasitəsilə virusu məhv edir. Biz əgər vaksindən istifadə ediriksə, bunlardan biri yaranır.
Vaksinasiya müalicə dövründə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından biridir".
O bildirib ki, müasir peyvəndlər bəşər tarixində milyonlarla insanın həyatını xilas edib:
"Vaksinlər icad olunana qədər dünyamız indikindən qat-qat təhlükəli idi. Biz bu gün vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Vaksinlər sayəsində onlarla xəstəlik ləğv edilmək üzrədir".
Şərhlər