Mobil telefonların sayı azalıb

16.08.2015 09:29     Sosreaksiya     1958

2015-ci il yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 735,7 min dollar olan 13 419 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Reaksiya.az xəbər verir ki, 2015-ci ilin birinci yarısının yekunlarına görə ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 67,4 faiz azalıb.

Şərhlər