40 manatlıq dərman 500 manata satılır - Milli Məclisdə MÜZAKİRƏ

24.12.2020 13:26     Sosreaksiya     469

Ötən il göstərdi ki, icra orqanlarında ciddi problemlər var. Həmçinin korrupsiya ilə bağlı nöqsanlar. 7 rayonla bağlı baş verənlər bunu göstərir.

Bu sözləri Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc gələn ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib.

O, hökuməti bu sahəyə nəzarəti artırmağa çağırıb.

Zahid Oruc həmçinin 2021-ci il üçün səhiyyə xidmətinə 1,4 milyard manat ayrıldığını, bunun yaxşı rəqəm olduğunu deyib. Bildirib ki, ölkə üçün əsas problem COVID-19-dur. Bu virus heç bir təbəqədən olan insanlara rəhm etmir: “Aztəminatlı dediyimiz insanlar Prezidentin müharibə çağırışına dərhal səs verdi, 44 gün ərzində düşmənlə mübarizə apardı, arxa cəbhədə olanlar tikələrini səngərlə böldü, beləcə erməni adlı şərə qalib gəldik. Prezident qəhrəman şəhid üçün ayağa qalxır. Hər birimiz, elə səhiyyə personalı da bu cür davranış göstərməlidir. Səhiyyə və TƏBİB sisteminə güvən aşağıdır. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu, ciddi problemdir. 40 manata olan “Favipiravir” 500 manata satılır. Əslində bu, cinayət əməlidir”.

Reaksiya.az

Şərhlər