Əfv sərəncamı gözlənilir - Novella Cəfəroğlu

05.01.2021 14:46     Sosreaksiya     428

“44 günlük Vətən müharibəsində qazandığımız qələbədən və yüksək əhval-ruhiyyədən sonra fikirləşirdik ki, növbəti əfv sərəncamı, eləcə də amnistiya olacaq, məhbuslar sevinəcəklər. Hələ bu barədə qəti nəsə demək mümkün deyil. Yəqin ki, iş çox olduğu üçün bunu çatdıra bilmədilər. İnşallah, tezliklə əfv sərəncamı olar”.

Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

O, bir neçə aydır ki, İşçi Qrupun toplaşa bilməməsinin səbəblərindən də danışıb: “Hələ ki, İşçi Qrup toplaşmayıb. Nə vaxt toplaşacağımızı da bilmirik. Bir çox planlarımız puça çıxdı. Düşünürdük ki, müharibədən sonra, dekabr ayının axırında əfv sərəncamı olacaq. Məhbus ailələrini sevindirmək istəyirdik. Görək necə olur, biz növbəti əfv sərəncamı üçün çalışacağıq. Onlayn görüşlərimiz də keçirilmir. Çünki müharibə dövrünə düşdü, nə üz-üzə, nə də onlayn formada görüşümüz baş tutdu. Hər kəs müharibəyə köklənmişdi. Bütün işimiz müharibə ilə bağlı idi”.

Reaksiya.az

Şərhlər