“Azərsu”-da abunəçilərin sayı artıb

16.08.2015 11:21     Sosreaksiya     2388

2015-ci ilin ikinci  rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 13 min artmışdır. 01 iyul 2015-ci il tarixinə olan məlumata görə, “Azərsu” ASC-də 1344523 abunəçi içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmışdır. Bu barədə Reaksiya.az-a Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, istehlakçıların 1229287-i və ya 95,8 % əhali, 55236-ı və ya 4,2 % isə qeyri-əhali qrupu abunəçiləridir. “2015-ci ilin aprel, may və iyun ayları ərzində əhali qrupu abunəçilərinin sayında artım 12304, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 682 abunəçi təşkil etmişdir. 01 iyul 2015-ci il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 735929-a çataraq sayğaclaşma səviyyəsi 57,9 % təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 57 %, qeyri-əhali qrupu abunəçilərinin isə 78,5 % sayğaclarla təmin olunmuşdur.” 

Şərhlər

Çox oxunanlar