3 saatda 19 ölü

16.08.2015 11:37     Sosreaksiya     2484

Braziliyada odlu silahlarla cinayət hadisələrində artım müşahidə olunur

Reaksiya.az xəbər verir ki, Sao Pauloda bir gedəcə üç saat ərzində 19 nəfər silahla vurularaq öldürülüb.

Sao Paulo dövlət təhlükəsizliyi məntəqəsinin sədri Aleksandr de Moraes mətbuata verdiyi açıqlamada bildirib ki, əyalətin Osasco, Barueri və İtapevi qəsəbələrində cümə gecəsi üç saat ərzində baş verən cinayətlərin bir-biri ilə bağlı olub olmadığı  araşdırılır.

Qeyd edək ki, Braziliya hökuməti YUNESKO və Latın Amerika Sosial Elmlər İnstitutu, birgə hazırladıqları hesabatda, 2012-ci ildə ölkədə 42 min 416 nəfərin odlu silahlarla öldürüldüyünü açıqlamışdı.

Şərhlər

Çox oxunanlar