Tovuzda yanğın baş verib

16.08.2015 11:52     Sosreaksiya     2172

Tovuz rayonu, Qəribli kəndində səhər saatlarında yanğın hadisəsi qeydə alınıb. Belə ki, Qəribli kənd sakininə məxsus, ümumi sahəsi 78 kv.m olan vaqon tipli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 36 kv.m sahədə yanıb.

Reaksiya.az xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin Tovuz Yanğından Mühafizə İdarəsinin əməkdaşları və texnikası cəlb edilib. Onların ciddi səyi ilə kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:34-də söndürülüb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar