Azərbaycan yeni minatəmizləmə maşınları aldı
26.01.2021 13:32 Sosreaksiya 612
Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2 200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.
Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə əkin işləri aparılır: "Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb".
C.Cəfərov həmçinin bildirilib ki, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədilə müasir minatəmizləmə maşınları alınıb.
Onun sözlərinə görə, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək:
"Bundan başqa, minaaxtaran cihazların bir hissəsi alınıb, artıq mühəndis qoşunlarına istifadə üçün verilib".
Şərhlər