Anti-virus şirkəti virus istehsal edib - 10 il ərzində

16.08.2015 13:00     Sosreaksiya     3042

Avtivirus proqramı “Kaspersky”nin kiçik rəqiblərinə zərər vermək üçün 10 il ərzində saxta və pis məqsədli proqramdan istifadə etdiyi iddia edilib.

Röyters agentliyinə müsahibə verən iki mənbə “Kaspersky”nin saxta virusu özündən oğurluq etdiyinə inandığı kiçik rəqiblərinə ziyan vurmaq üçün istifadə etdiyini bildirib.

Mənbələrin verdiyi məlumata görə, “Kaspersky” saxta virusu təhlükəsizlik proqramlarına inteqrasiya etdiyi kodla əlavə edib. Bir çox proqrama sızdırılan kodun sonra naməlum olaraq “Total Virus” kimi proqram yoxlama firmalarına göndərildiyi və yoxlamalarda səhv virus həyəcanına yol açdığı məlum olub.

“Kaspersky”nin saxta virusla Microsoft, AVG və Avast kimi rəqiblərini hədəf seçdiyi düşünülür. Sözügedən firmalar məsələ haqqında açıqlama verməyib.

Mənbəyi məlum olmayan saxta virus müdaxiləsinin 2009-2013 illər arasında zirvəyə çatdığı iddiası qaldırılarkən ,”Kasperksy”nin rəqiblərini aldatmaq üçün başladığı layihədə aylarla çox sayda tədqiqatçı ilə işlədiyi qeyd edilib.

“Kasperky” isə öz növbəsində bazardakı mövqeyini möhkəmləndirmək üçün belə  əməliyyatı həyata keçirdiyi ilə bağlı iddiaları rədd edib.

 Casusluqla da günahlandırmışdı

Rusiya hökumətinə yaxın olmaqla tənqid edilən “Kaspersky”, martda  hesabatları təhrif etməkdə günahlandırılıb.

“Kaspersky”nin Rusiyanın qlobal kiber hücumlarını gizlətdiyi, Qərb ölkələrini hədəf alan hücumları isə önə çıxardığı irəli sürülüb.

Şirkətin Rusiyadakı kiber təşkilatlar yerinə Britaniya və İsrail kimi ABŞ-ın əsas müttəfiqlərinin təşkilatlarını müəyyən etməsi, məkrli münasibət göstərdiyinin dəlili olaraq göstərilib.

Qeyd edək ki, mətbuat konfranslarından birində “Kaspersky”nin icraçı direktoru Ejen Kaspersky Rusiya hökumət rəsmilərinə məlumat ötürdüyü irəli sürülmüşdü.

Kaspersky isə iddiaları rədd edərək və ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) fəaliyyətinin ifşa edilməsi ilə əlaqədar cavab tədbirləri gördüklərini bildirmişdi.

Şərhlər

Çox oxunanlar