Ermənistanda əsirlikdə olan bir nəfər Bakıya gətirilib, İrəvana isə 5 əsir qaytarılıb

28.01.2021 22:14     Sosreaksiya     737

Azərbaycanla Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Reaksiya.az xəbər verir ki, Moskva müxbirinin “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sülhməramlıları kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib.

O qeyd edib ki, yanvarın 28-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan əsirliyində olan bir nəfər Bakıya gətirilib. İrəvana isə 5 əsir qaytarılıb.

Reaksiya.az

 
 

 

Şərhlər

Çox oxunanlar