20 yaşlı oğlan 35 yaşlı qadının ölümünə səbəb oldu

16.08.2015 14:28     Sosreaksiya     3014

Göygöl şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 20 yaşlı Nəcəfov Nizami Abbas oğlu idarə etdiyi  "VAZ 2121" (Niva) markalı maşınla yolu süpürən 35 yaşlı İsmayılova Leyla Saday qızını vurub.

Reaksiya.az xəbər verir ki, nəticədə piyada yerindəcə dünyasını dəyişib. Qəzanı törədən şəxs Nəcəfov Nizami Abbas oğlu hadisə yerindən qaçsa da, sonradan onun şəxsiyyəti müəyyən etmək mümkün olub.

Qeyd edək ki, süpürgəçi qadını vurub öldürən gənc sürücü Göygöldəki üzümçülük təsərrüfatının briqadiridir.

 

Şərhlər

Çox oxunanlar