Qalib gəncliyin zəfəri əbədidir - Gənclərin inkişafı üzərində qurulan müdrik siyasət
03.02.2021 12:13 Sosreaksiya 733
Sərdar Yusifoğlu: “Prezidentimizin siyasi iradəsi və gənclərə etimadı nəticəsində dünya oyunçularından birinə çevrilən ölkəmiz G-20 zirvə toplantısına dəvət alıb”.
Dövlətimizin qurulmasının üstündən cəmi 2 il ötmüşdü. Kifayət qədər problemləri – Qarabağ, işsizlik, müasir dövrün tələblərinə cavab verən kadır qıtlığı, düşmənlərin hər tərəfdən hücumu, büdcə kəsiri, iqtisadi, siyasi, mədəni sahədə natamamlıq və s. Bütün bunlar azmış kimi bir də ölkəmizin müstəqilliyini itirməsi təhlükəsi... Çıxılmaz kimi görünən bütün bu problemləri həll edəcək bir şəxsiyyət vardı – Heydər Əliyev. Hər zaman vətəni üçün yorulmadan çalışan, dünyaya həqiqətləri çatdıran Heydər Əliyevə xalq etimad göstərdi və Ümummilli Liderin ətrafında birləşən Azərbaycan xalqı bu seçimində yanılmadı.
Qısa zaman ərzində müharibə və xaos içində olan ölkəni sabit bir dövlətə çevirən Ümummilli Lider ölkənin gələcəyini inşa etməyə başladı. 1995-ci ildə artıq savaş bitmiş, əsrin müqaviləsi imzalanmış və neftimiz dünya bazarına çıxmışdır. Təhlükəsizlik, əminamanlıq, iqtisadi, siyasi, mədəni islahatlar həyata keçirilməklə bərabər, hüquqi dövlət quruculuğu işi Konstitutsiyamızın qəbul olunması ilə təmin edilmişdi.
Gələcəyin inşası üçün Ulu Öndər vaxt itirmədən ilk Gənclər Formunun keçirilməsi istiqamətində göstəriş verdi. 1996-cı ilin 2 fevral tarixində “Azərbaycan Gənclər Forumu” baş tutdu. Həmin günü “Gənclər Günü” elan edən xalqımızın Ulu Öndəri gələcəyi yeni nəslin üzərində qurmağa başladığının mesajını verdi. Gənclər işi ilə bağlı ayrıca nazirliyin yaradılması, gənclər təşkilatlarının gücləndirilməsi, tələbələrin xarici ölkələrdə yüksək təhsil almalarının təmin edilməsi və digər görülən işlər Heydər Əliyevin bu məsələyə diqqətinin əyani sübutudur.
Yeri gəlmişkən dünyada yalnız iki il sonra – 1998-ci ilin 12 avqustunda BMT Beynəlxalq Gənclər Gününün təsis edilməsi barədə qərar qəbul etdi. Bu müdrik Prezidentimizin dünya üçün nümunə yaratdığının daha bir göstəricisidir.
Bu uzaqgörən siyasətin nəticəsidir ki, həmin nəsil Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dünyada söz sahibinə çevirildi. Nəinki regionun, dünyanın oyunçularından birinə çevrilən ölkəmiz G-20 (Böyük iyirmilər) zirvə toplantısına dəvət alıb. Qarabağ zəfəri də məhz ölkəmizin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Müdirik siyasətçinin strateji planları – uşaqlara və gənclərə olan etmadı və yaradıcılığı öz bəhrəsini verdi.
Hər bir gənc bu gün qazanılan zəfərə görə Ümummilli Liderimiz Heydər Əliyevə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Hər fürsətdə gənclərə bu həqiqətləri aşılayan, yarandığı gündən Ulu Öndərin yolunda addımlayan Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyi olaraq 2 fevral- “Gənclər günü” münasibətilə həmyaşıdlarımızı təbrik edir, qürurla yaşadığımız vətənimizə görə Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk.
Cənab Prezidentimiz kadr islahatları zamanı çağdaş təfəkkürlü, innovativ yenilikləri ölkəmizə gətirəcək məmurlara üstünlük verməsi və komandasını gəncləşdirməsi müdrik siyasi xəttin davamıdır. Bizlər bir çox hallarda bu siyasətə mane olmaq istəyənlərin varlığını görmüşük. Həm də onu görürük ki, bütün sabotajlar iradəli siyasətin qarşısında aciz olur. Bəli, məhz dövlət başçısının iradəli siyasətinin nəticəsində intibah yaşayırıq. Buna görə də, vətəndaş-dövlət birliyi günü-gündən möhkəmlənir.
Nə xoşbəxtik ki, Qarabağ zəfərin şahidi və iştrakçısı olduq. Həm də onun şahidi olduq ki, Prezidentimiz bu zəfərdən sonra yenidənqurma işində gənc kadrlara etimad göstərdiyini bəyan etdi. Dövlətimizin başçısı yeni Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirini təyin edərkən çıxışında dilə gətirdiyi tezislərlə gələcək Azərbaycanın elmə üstünlük verən çağdaş əsaslarla formalaşdırma siyasətinin davamlı olacağını təsdiqləmiş oldu.
Aydın, uğurlu və müqəddəs işdə öz məsuliyyətimizi dərk edir, dövlətimizə hər zaman dəstək verməyi bundan sonra da davam etdirməyi özümüzə borc bilirik.
Sərdar Yusifoğlu
Gənclərin Elmi Mədəni İnkişafı İB-nin sədri.
Şərhlər