Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
16.08.2015 14:55 Sosreaksiya 2103

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan Gəncə şəhər "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Təxminən 2 min 500 gənc əsgər vətənə sədaqət andı içib.
Reaksiya.az xəbər verir ki, mərasimdən öncə əsgərlər və qonaqlar üçün musiqi proqramı təşkil olunub. Sonra hərbi hissənin zabit heyəti əsgərlər önündə çıxışlar edərək onlara hərbi formanı geyinməyin şərəfindən danışıb, əsgərlərə dözümlülük, səbr və yaxşı xidmət etməyi arzulayıblar.
Bundan sonra əsgərlərin təntənəli hərbi keçidi və andiçməsi baş tutub.
Şərhlər