Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
05.02.2021 20:45 Sosreaksiya 577
Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Reaksiya.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
19:51
xxx
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Reaksiya.az xəbər verir ki, təbii fəlakət Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax və digər rayonlarda hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Şərhlər